Naxçıvanda vergi daxilolmaları 10 % artıb

Naxçıvanda vergi daxilolmaları 10 % artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 50,3 milyon manat vergi daxil olub.

"Cebheinfo.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 10,1 % çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 63,8 %-i qeyri-dövlət sektorunun, 36,2 %-i isə dövlət sektorunun payına düşüb.

"Cebheinfo.az"