Ac insanlar niyə əsəbi olur? - ARAŞDIRMA

Ac insanlar niyə əsəbi olur? - ARAŞDIRMA

Amerika universitetlərindən olan elm adamları ac insanların əsəbi olmasında insan bədənində yaşayan bakteriyaları əsas gətiriblər.

Cebhe.info xəbər verir ki, tədqiqatçılar öz nəticələrini "Nature Microbiology" jurnalında dərc ediblər.

Alimlər tədqiqat obyekti kimi insan bağırsaqlarında yaşayan çubuqşəkilli bakteriyaları seçiblər.

Bu bakteriyalar "Clostridium perfringens" adlanır. Məlum olub ki, "Clostridium perfringens" bakteriya cəmiyyətində genetik olaraq eyni hüceyrələr müxtəlif funksiyaları yerinə yetirirlər.

"Hüceyrələrin bəziləri özünü "nümunəvi" aparır, bəziləri isə toksinlər istehsal edirlər ki, bu toksinlər də insanların əsəbi olmasına və özlərini pis hiss etməsinə səbəb olur", -deyə məqalədə bildirilib.

Amerikalı tədqiqatçılar hesab edirlər ki, onların bu araşdırması bir sıra problemlərin həllinə işıq salmağa kömək edəcək. Onlar vurğulayıblar ki, artıq məlumdur ki, hansı qida maddələri bakteriyaların toksin istehsal etməsində rol oynaya bilər, buna görə də gələcəkdə bu cür toksinlərin istehsalını dayandıran amilləri tapa bilərlər.

Sevinc Tapdıqqızı
Cebhe.info