Üç ayda 102 şəxs Azərbaycana qayıdıb

Bu ilin birinci rübündə Dövlət Miqrasiya Xidməti (DMX) 102 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.
Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.
"Cebheinfo.az"