Vətəndaşlara şad xəbər:Müddət uzadıldı

"Mövcud hava şəraiti nəzərə alınmaqla soyuq günlərdə "Azəristiliktəchizat" ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri işləyəcək".
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.
O bildirib ki, istilik təminatı daha bir neçə gün davam edəcək.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandırmalı idi.
"Cebheinfo.az"