Trampın qələbəsi Rusiyaya yaradı

Rusiya birjası çərşənbə günü Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi xəbəri ilə bağlı silkələnib.
“Cebheinfo.az” bu barədə “The Moscow Times”-a istinadən yazır.
Rusiyanın 49 ən böyük şirkətinin kotirovkalarını özündə əks etdirən Moskva Birjası indeksi Moskva vaxtı ilə saat 11:46-da 4,1% artıb. Bu, son bir ilin rekord göstəricidir.
“Sberbank”ın səhmləri 3,4%, “Qazprom”un 5,1%, “Novatek”in 4,2% bahalaşıb. VTB, NLMK, “Surgutneftegaz”, “Lukoil”, “Transneft” və “Sovcomflot”-un qiymətli kağızları 2%-dən çox bahalaşır.
Aeroflotun səhmləri 5,5% dəyər qazanıb.
Xəzər
“Cebheinfo.az”