Bakıda əmioğulları arasında baş verən davanın detalları – VİDEO

Bakıda əmioğulları arasında baş verən davanın detalları – VİDEO

Paytaxtda maşınla qəsdən adam vuranlar saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Xətai rayonu Rövşən Hüsenov küçəsində qeydə alınıb.

Zərərçəkmişin ailə üzvləri deyir ki, mübahisə əmioğlanları arasında olub. Amma qarşı tərəf tanımadıqları insanları gətirərək onlara hücum ediblər.

Firudin Bağırovun anası deyir ki, hadisə zamanı gəlini də yıxılaraq xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Təcili Tibbi Yardım briqadası tərəfindən 49 yaslı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Başın tüklü sınığının açıq yarası, bud çanaq oynağının əzilməsi, diz oynağının əzilməsi bud çanaq oynağı və bud nahiyəsinin dəqiqləşdirilməmiş səthi travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyilə ambulator müalicə üçün evə buraxılıb.

Məsələ ilə bağlı qarşı tərəf isə heç bir açıqlama vermək istəmədiyini bildirdi. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən qeyd edildi ki, həmin şəxslər artıq saxlanılıb.

Daha ətraflı Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edirik:

"Cebheinfo.az"