Fərid Şəfiyev: "Beynəlxalq hüququn prinsipləri...."

Hazırda bəzi qlobal və regional aktorların Xəzər regionu ölkələrini seçim qarşısında qoymağa çalışmalarının şahidi oluruq.
"Cebheinfo.az" report-a istinadla xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, geosiyasi qarşıdurmalar və beynəlxalq ticarət marşrutlarının həssaslığı fonunda Xəzər regionunun əhəmiyyəti yenidən daha qabarıq şəkildə özünü büruzə verir:
"Son 30 ildə Xəzər regionu ölkələri vacib geosiyasi aktorlara münasibətdə balansı qorumağa çalışıblar və bu xətt regionun əksər ölkələrinin xarici siyasətinin prioriteti olaraq qalmağa davam edəcək. Nəzərə alınmalıdır ki, region ölkələrinin özlərinin milli maraqları, ilk növbədə, müstəqillik, ərazi bütövlüyü və suverenlik kimi fundamental maraqları mövcuddur. Lakin beynəlxalq hüququn prinsipləri, xüsusən də ərazi bütövlüyü və suverenlik qlobal güclər tərəfindən pozulur. Bu isə hazırkı dünya düzənini daha həssas və parçalanmış vəziyyətə gətirir. Hazırda qlobal sülh və stabilliyə nail olunması çox uzaq bir ehtimal kimi görünə bilər. Lakin ölkələr ən azı regional səviyyədə konsensusa nail olmağın yollarını tapmalıdırlar”.
"Cebheinfo.az"