Ərdoğan Azərbaycana səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə Azərbaycana yola düşüb.
"Cebheinfo.az" xəbər verir ki, Prezident Ərdoğan Ankara Esenboğa Hava Limanından yola düşüb. Prezident Ərdoğanı müvafiq nazirlər və kommunikasiya direktoru Fahrettin Altun müşayiət edib.
Müstəqillik Günü tədbirləri ilə yanaşı, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli münasibətlər, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparacaq, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə keçiriləcək “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə Toplantısı”nın 2-ci Toplantısında iştirak edəcək. Prezident Ərdoğan səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək.
Nigar
"Cebheinfo.az"