Yaponiya nədən narahatdır?

Yaponiya nədən narahatdır?

Yaponiyanın NATO-ya Asiya-Sakit Okean bölgəsinə daxil olmasına dəstək verməsi nəticədə Tokio üçün mənfi nəticələrə səbəb olacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Cian məlumat verib.

"Yaponiya NATO-nun bu bölgəyə çıxışında ön sırada gedir və bunun acı nəticələrini də özü görəcək" - Lin Cian NATO Baş katibi Mark Ryuttenin Tokiyaya səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, səfər zamanı Yaponiya və NATO-nun Çinlə bağlı səsləndirdiyi fikirlər Pekində ciddi narazılıq və kəskin etiraza səbəb olub.

Lin Cian əlavə edib ki, Tokio və NATO Çinlə bağlı məsələlərə qarışaraq Asiya-Sakit Okean bölgəsində gərginlik yaradır.

Onun fikrincə, Asiya ölkələrinin belə blok qarşıdurmalarına ehtiyacı yoxdur.

“NATO regional müdafiə təşkilatıdır. Alyans öz coğrafi sərhədlərindən kənara çıxmamalı və gücünü başqa bölgələrə yaymamalıdır”, - deyə o bildirib.

Səbinə Uğur 
"Cebheinfo.az"