Dünya Bankı neftlə bağlı hesabat yayıb

2024-cü ilin sonunda enerji məhsulları üzrə qiymət indeksləri illik əsasda 3.1 faiz azalıb.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda məlumat Dünya Bankının hesabatında qeyd olunub.
Bildirilib ki, dekabrda “Brent” markalı neftin spot qiyməti orta hesabla 74 dollar/barel təşkil etmişdir ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 4 dollar/barel azdır.
Ümumilikdə, ABŞ-nin Enerji İnformasiya Administrasiyasının hesabatına əsasən 2024-cü il ərzində "Brent" markalı xam neftin qiyməti orta hesabla 80.5 dollar/barel olub.
Vilayət Muxtar
“Cebheinfo.az”