Rusiya Ukraynaya raket zərbəsi endirib

Martın 7-dən 8-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Dobropillya və Xarkov vilayətinin Boqoduxov şəhərlərinə bir neçə raket zərbəsi endirib.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 14 mülki şəxs həlak olub, beşi uşaq olmaqla 37 nəfər yaralanıb.
Bundan əlavə, Odessa da PUA zərbələrinə məruz qalıb. PUA hücumları bölgədə yanğınlara səbəb olub.
Vilayət Muxtar
“Cebheinfo.az”