Məktəblərdə rus bölmələri bağlanır? - Nazir açıqladı

Məktəblərdə rus bölmələri bağlanır? - Nazir açıqladı

"Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil".

"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, məqsəd şagirdlərin xarici dillərlə yanaşı, Azərbaycan dilini də yüksək səviyyədə bilməsini təmin etməkdir:

“Rus dili üzrə müəllim hazırlığında müəyyən çatışmazlıqlar mövcuddur. Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə imtahan nəticələri göstərir ki, maksimal nəticə 50–60 bal arasındadır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Bu səbəbdən, biz müəllimlərin işə qəbulunda aşağı bal toplamış namizədləri də nəzərə almağa məcbur oluruq”.

"Cebheinfo.az"