Blinken Türkiyəyə gedir

ABŞ dövlət katibi Entoni Blinken cümə günü Ankarada xarici işlər naziri Hakan Fidanla görüşəcək.
Blinkenin Türkiyəyə səfərinin 27 noyabrda Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplardan sonra Suriya Milli Ordusunun Deyr əz-Zoru terror təşkilatı PKK/PYD-dən təmizləməsindən sonra olması diqqət çəkib.
“Cebheinfo.az” xəbər verir ki, 61 illik rejimi cəmi 12 gün ərzində devrilib.
İrəliləyişlərini davam etdirən müxalifət Bəşər Əsədin ölkədən qaçmazdan əvvəl terror təşkilatı PKK/YPG-nin nəzarətinə keçən Mənbicdən sonra bu gün Deyr əz-Zorda nəzarəti ələ alıb.
Terror təşkilatları Suriyadan çıxarıldıqdan sonra ABŞ geri addım atıb və rövlət katibi Entoni Blinkeni Türkiyəyə səfərə göndərir.
Xarici işlər naziri Hakan Fidanla görüşəcək Blinkenin həmkarı ilə Suriyadakı son vəziyyəti dəyərləndirməsi gözlənilir.
Xəzər
“Cebheinfo.az”