Azərbaycanın millisi Türkiyəyə yollanacaq

Azərbaycanın millisi Türkiyəyə  yollanacaq

Azərbaycanın çimərlik futbolu millisi Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.

Bunu komandanın baş məşqçisi Sahib Məmmədov deyib.

“Hazırlıqlara başlamışıq, artıq 4 məşq geridə qalıb. Avqustun sonuna qədər Bakıda hazırlaşıb, daha sonra Türkiyəyə təlim-məşq toplanışına yollanacağıq. Oradan isə İtaliyada təşkil olunacaq Superfinala gedəcəyik”, - mütəxəssis vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər yarışın A Liqasına yüksələcəklər.

"Cebheinfo.az"