Liderlərin görüşünə fasilə verilib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.
APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.
11:10
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü təkbətək formatda davam edir.
APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, heyətlərin iştirakı ilə görüş başa çatıb.
***
09:06
Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Bu barədə APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir.
"Cebheinfo.az"