Borcunuzu geri ala bilmirinizsə: Hüquqşünas yol göstərdi

Azərbaycanda probleli kreditlərin həcmində artım var.
Bu isə adı “qara siyahı”ya düşən şəxslərin borc üçün yeni ünvan tapmasını şərtləndirir. Ancaq yaxın adamlardan, dost və qohumlardan alınan borcun da geri ödənilməsində problemlər yaranır.
“Cebheinfo.az” xəbər verir ki, belə problemlə qarşılaşmamaq üçün təkcə bankla vətəndaş arasında yox, həm də vətəndaşlar öz aralarında borc müqaviləsi bağalaya bilərlər.
Bəs borcun qaytarılmadığı təqdirdə bu müqaviləni əsas tutaraq məhkəmə vasitəsi ilə borcu qaytarmaq olar?
Hüquqşünaslar deyirlər ki, notariusda borc müqaviləsinin rüsumu məbləğdən asılı olmayaraq 115 manatdır.
Borc qaytarılmadıqda notarius icra qeydi aparıb məsələni icra şöbəsinə yönləndirir. İcra şöbəsi borcludan pulu tutub pul sahibinə qaytarır. Yəni məsələ məhkəmə müstəvisinə çıxarılmadan həll olunur.
Xəzər
“Cebheinfo.az”