Adem Albayrak "ASAN xidmət"də

Adem Albayrak "ASAN xidmət"də

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədr müavini Adem Albayrakın başçılıq etdiyi nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

“Cebheinfo.az” xəbər verir ki, burada ali qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib, hazırda Azərbaycanın bu intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Nümayəndələr Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onlarda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.

Həmçinin nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “Bilim Bakı” mərkəzi və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

Nigar
“Cebheinfo.az”