Emre Aydın Bakıda konsert verəcək

Emre Aydın Bakıda konsert verəcək

Türkiyəli məşhur müğənni Emre Aydın ölkəmizə gələcək.

“Cebheinfo.az” xəbər verir ki, sevilən ifaçı Bakı Konqres Mərkəzində konsert verəcək.

Sözügedən konsert fevralın 13-ü saat 20:00-da başlayacaq. Bilet qiymətləri isə 35 manatdan 255 manata qədərdir.

Emre Aydın sevilən hitlərini və unudulmaz mahnılarını Azərbaycandakı pərəstişkarları üçün canlı oxuyacaq.

Aslan
“Cebheinfo.az”