Özcan Dəniz Bakıda konsert verəcək

Özcan Dəniz Bakıda konsert verəcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Azərbaycana gələcək.

“Cebheinfo.az” xəbər verir ki, sənətçi Bakıda konsert verəcək.

28 fevralda Bakı Konqres Mərkəzində baş tutacaq konsert saat 20:00-də başlayacaq.

Özcan Dəniz sevilən və unudulmaz hitlərini ölkəmizdəki pərəstişkarları qarşısında canlı oxuyacaq.

Bilet qiymətləri isə 55 manatdan 395 manata qədərdir.

Aslan
“Cebheinfo.az”