Gürcüstan "3+3"ə qoşulmağı planlaşdırmır

Gürcüstan Cənubi Qafqaz üzrə "3+3" platformasına qoşulmağı planlaşdırmır.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya diplomatik forumu çərçivəsində müzakirə zamanı bildirib.
"Gürcüstan bu formatın ("3+3") bir hissəsi deyil. Biz bütün qonşularımızla əməkdaşlıq edirik. Yalnız Rusiya istisnadır və bunun səbəbi var. Buna görə biz bu formatın bir hissəsi olmağı nəzərdən keçirmirik və keçirə bilmərik", - deyə Boçorişvili bildirib.
O qeyd edib ki, Gürcüstanın Rusiya ilə yalnız bir formatı var - Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üzrə Beynəlxalq Cenevrə müzakirələri.
"Cebheinfo.az"