Netanyahunun Bakıya gəlişi haqda yeni xəbər

“İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri mayın ilk yarısında baş tutacaq”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı iki mənbəyə istinadən “The Times of Israel” yayıb.
“Baş nazir Benyamin Netanyahu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcək. Tərəflər əsas olaraq Türkiyə və İsrail arasında Azərbaycanın vasitəçilik etdiyi Suriya ilə bağlı danışıqları müzakirə edəcəklər”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, “Israel Hayom” portalı B.Netanyahunun yaxın zamanlarda Azərbaycana səfər edəcəyini yazmışdı.
"Cebheinfo.az"