Bakı sakinini avtomobil vurub

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 64 yaşlı kişini avtomobil vurub.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə Qum adasında qeydə alınıb.
Belə ki, 1960-ci il təvəllüdlü Elçin Hüseynov yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"