Bir evdən 5-ci ölü: Hamısı da ayın 8-də... - VİDEO

Bir evdən 5-ci ölü: Hamısı da ayın 8-də... - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, Baku TV hadisənin təfərrüatını öyrənib.

Mərhumun qohumu Tahir Tanrıquliyevin sözlərinə görə, bu, ailədə 5-ci ölümdür: “Bu evdən son bir ildə 5-ci ölüdür, hamısı da təsadüfən ayın 8-i baş verib. Deyilənə görə, nərdivanı qoyub pəncərələri silirmiş. Nərdivan düşüb üstünə, beyin nahiyəsinə dəyib. İlk hadisə ötən il avqustun 8-i olub. Uşağın 1-2 yaşı olardı. Sonra da qayınana-qayınata rəhmətə getdi, bundan sonra isə daha bir körpə həyatını itirdi, indi də belə...”

Mərhumun əmisi Asif Cəfərov isə bildirib ki, hadisəni öyrənən zaman dərhal ora gedib: “Getdim, dedilər ki, nərdivandan düşüb. Ancaq mən gördüm, nərdivandan yıxılan elə olmur, mənə şübhəli gəldi. Nərdivan böyük deyildi, yerdə qan görmədim. Deyə bilmərəm ki, öldürüblər, ancaq gözümlə gördüyüm budur. Ümumiyyətlə o evə gedib-gəlməyə qoymurdular, uşaq rəhmətə gedəndə qapıdan qovmuşdular. Orada qızların dediyinə görə, Şəfayət 4-5 gün bundan əvvəl gəlmək istəyirmiş. Elə başa düşürəm ki, aralarında mübahisə olub”.

Daha ətraflı videomaterialda:

​​​​​​"Cebheinfo.az"