Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dollar artıb.

"Cebheinfo.az" xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dolları, yaxud 0,56 % artaraq 69,01 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

"Cebheinfo.az"