Ağdərədə mal-qara otararkən minaya düşdü - YENİLƏNİB

Ağdərədə mal-qara otararkən minaya düşdü - YENİLƏNİB

Ağdərədə mina partlayışı hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyev Həsənqaya ərazisində mal-qara otararkən minaya düşüb.

Yaralı şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Yaralı Q.Quliyevə Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib, qanaxması dayandırılıb.

Daha sonra sol ayağın topuq nahiyəsindən amputasiya olunması üçün Bərdə Müalicə Diaqnostika Mərkəzinə göndərilib. 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, partlayış bu gün Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində baş verib: “1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”.

"Cebheinfo.az"