Keçmiş NBA oyunçusuna 8 il həbs cəzası

Milli Basketbol Assosasiyasında (NBA) çıxış etmiş Ben Maklemor təcavüzə görə 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
"Cebheinfo.az" Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 2021-ci ildə baş verib.
Belə ki, B.Maklemorun vaxtilə oynadığı “Portlend” oyunçularından birinin evində keçirilən şənlikdə bir xanımın içkili vəziyyətindən istifadə edən basketbolçu ona təcavüz edib.
Bu barədə zərərçəkmiş özü də ifadə verib.
Oreqon məhkəməsi keçmiş oyunçunun 8 il 4 ay həbs edilməsinə qərar verib.
Qeyd edək ki, B.Maklemor “Memfis”, “Hyuston”, “Los Anceles Leykers” və “Portlend”də forma geyinib. Amerikalı sabiq basketbolçu 2022-ci ildən NBA-da çıxış etmir.
"Cebheinfo.az"