Manaf: “Kişinin cibinə pul qoyarlar”

Manaf: “Kişinin cibinə pul qoyarlar”

“Özümü tanıyan oğlanam. O qızlar kimi əlimə dollarla yığıb video çəkdirməmişəm. Toyda gözümü yumub oxuyurdum. Həmin an cibimə pul qoydular. Müğənniyə pul verəndə nə olur? Kişinin cibinə pul qoyarlar”.

"Cebheinfo.az" xəbər verir ki, bunu müğənni Manaf Ağayev deyib.

O, Vasif Məhərrəmlinin “Manafın şabaş videosunu sildirtdim” açıqlamasına aydınlıq gətirib:

“Sənət dostum Vasif də dedi ki, cibinə arda-arda pul basırlar və bunu da görən, ehtiyacı olan var. Cavab verdim ki, necə olur ki, 10 min dollar pul verirlər heç gözləri görmür, amma cibimə 200 dollar qoyanda bu hamının gözünə görünür. Yaxşı oxumuşam, yaxşı publika və alqış var. Dedi ki, məsləhər görürəm ki, videonu sil. Məndə onunla razılaşdım və videonu sildim. Orada böyük bir şey yoxdur. Gürcüstana toya getmişdim. Orada ayağımın altına “Xəzər” dənizi qədər ayağımın altına pul tökmüşdürlər. 40 ildir ki, bu sənətdəyəm. Məni pulla heç kim təəccübləndirə bilməz. Yaxşı oxuyana, canlı ifa göstərənə pul verərlər. Burada pis nə var ki? Məni çəkən adama deyirəm ki, gördün ki, kimsə mənə pul verir onu çəkmə, lazım deyil”.(Yenisabah.az)

"Cebheinfo.az"