Milli Qəhrəman Allahverdi Bağırovun toyundan FOTO

Milli Qəhrəman Allahverdi Bağırovun toyundan FOTO

1992-ci ildə Xocalının 1003 sakinini  3 gündə girovluqdan azad etmiş şəhid Milli Qəhrəman Allahverdi Bağırovun toyundan xatirə fotosu yayılıb. 

“Cebheinfo.az” xəbər verir ki, fotonu sosial şəbəkə hesabında Anar Tağıyev adlı istifadəçi yayıb.

Xatırladaq ki, 1-ci Qarabağ müharibəsinin əfsanəvi komandirlərindən olan Allahverdi Bağırov 1992-ci ilin 12 iyunda  Ağdama çağrılan zaman onun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb. Maşında olan digər üç nəfər sağ qalıb, Allahverdi Bağırov, sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.  Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırov "Qızıl Ulduz" medalı ilə təltif olunub.

Xəzər

“Cebheinfo.az”