Fövqəladə vəziyyət elan olundu

Fövqəladə vəziyyət elan olundu

Şimali Makedoniya hökuməti, meşə yanğınlarının artması səbəbindən ölkə üzrə 30 günlük fövqəladə vəziyyət elan edib.

"Cebheinfo.az" xəbər verir ki, hökumət sözçüsü Marija Miteva, paytaxt Skopyedə Nazirlər Kabinetində keçirdiyi mətbuat konfransında, hökumətin bugünkü iclasında meşə yanğınları səbəbindən ölkə miqyasında 30 günlük fövqəladə vəziyyət elan olunması barədə qərar qəbul edildiyini bildirib.

Miteva qəbul edilən qərarla bütün əlaqədar qurumların birgə yanaşma və koordinasiyalı fəaliyyət həyata keçirməsinin mümkün olacağını vurğulayıb.

“Yanğınla mübarizə və əhalinin qorunması üçün insan resursları, texniki və logistik bütün imkanlar səfərbər olunacaq”, - deyə bildirib.

O, hökumətin yanğınlardan zərər çəkən bütün bölgələrə təcili və vaxtında yardım göstərəcəyini vurğulayaraq, vətəndaşlara maksimum diqqətli olmağı və bütün qadağalara əməl etməyi tövsiyə edib.

Nigar Hacılı
"Cebheinfo.az"