Netanyahu: “Hücumda qərarlıyıq”

Netanyahu: “Hücumda qərarlıyıq”

İsrail Baş naziri Benyamin Netanyahu əsir mübadiləsi və atəşkəs razılaşmasına dair davam edən danışıqlara baxmayaraq Qəzza zolağındakı hücumları davam etdirməkdə qərarlı olduqlarını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Netanyahu "X" sosial media platformasındakı açıqlamasında Qəzzanın şimalında baş verən toqquşmada 5 israilli əsgərin öldüyünü qeyd edib.

İsrail xalqı üçün çətin bir gün olduğunu vurğulayan Baş nazir Netanyahu, Qəzzada davam edən hücumların məqsədlərinə çatmaqda israrlı olduqlarını bildirib. O qeyd edib ki, müharibənin məqsədləri bütün əsirlərin azad edilməsini təmin etmək, HƏMAS-ın hərbi və inzibati gücünü məhv etmək və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etməkdir. 

Bu isə HƏMAS-ın artıq mövcud olmayacağı deməkdir. Netanyahu sonda bildirib ki, bütün israilli əsirlər azad olunacaq, HƏMAS diz çökdürülüb dağıdılacaq, Qəzza artıq İsrail üçün təhlükə təşkil etməyəcək və onların hələ də missiyalarını tamamlamaqları qalır. 

Nigar Hacılı 
"Cebheinfo.az"