29 yaşlı oğlan işlədiyi evdə intihar etdi

29 yaşlı oğlan işlədiyi evdə intihar etdi

Paytaxtın Pirallahı rayonunda intihar hadisəsi baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 19 radələrində Dübəndi bağlar sahəsində yerləşən evdə qeydə alınıb.

Həmin evdə fəhlə işləyən Füzuli rayon sakini 1996-cı il təvəllüdlü Səxavət Həsənli özünü asaraq həyatına son qoyub.

Hadisənin səbəbləri hələlik bilinmir.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"