Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Paytaxt sakini olan bir qadından sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 800 manat alan şəxs saxlanılıb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə pul tələb edən 26 yaşlı T.Məmmədli tutulub.

Fakta bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

"Cebheinfo.az"