ABŞ Yəməndə husilərə növbəti zərbələr endirdi

ABŞ Yəməndə husilərə növbəti zərbələr endirdi

Yəməndəki husilər ABŞ hərbi təyyarələrinin paytaxt Sənanı hədəf aldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, husilərə məxsus “Əl-Məsirə” televiziyasında yayımlanan xəbərdə ABŞ ordusunun Sənaya həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Bildirilib ki, ABŞ döyüş təyyarələri Sənanın Əl-Hima əd-Dahiliyyə və Menaha rayonlarını hədəf alıb.

ABŞ ordusu Marib şəhərinin Medqal bölgəsinə dörd, Əmranın Harf Süfyan bölgəsinə iki hava zərbəsi endirib.

Hücumlardan sonra ölən və yaralananların sayı barədə məlumat verilməyib.

Nigar Hacılı
"Cebheinfo.az