Arvadını öldürməyə cəhd etmişdi: 15 il həbsdə qalacaq

Lənkəranda arvadını öldürməyə cəhddə təqsirləndirilən Ehtibar Nehmətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ehtibar Nehmətov 15 il müddətə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə bu il fevral ayında Lənkəranda baş verib. Ehtibar Nehmətov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla Təranə Nəhmətovaya xəsarət yetirib.
Təqsirləndirilən Ehtibar Nehmətova Cinayət Məcəlləsinin 29. 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29. 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
"Cebheinfo.az"