Tibb işçilərinin maaşı niyə gecikib? - RƏSMİ

Tibb işçilərinin maaşı niyə gecikib? - RƏSMİ

Son günlər sosial şəbəkələrdə bir sıra bölgələrdə tibb işçilərinin maaşlarının verilməməsi ilə bağlı fikirlər yayılıb. 

Belə ki, Bərdə, Tərtər, Ağdam, Qəbələ, Ağcabədi rayonları, Mingəçevir və Sumqayıt şəhərlərində fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşlarına ötən ayın məvacibləri verilməyib. 

Bildirilib ki, eyni problem ölkənin digər şəhər və rayonlarında da mövcuddur. 

Tibb işçilərinin əməkhaqlarının verilməməsinin səbəbi nədir? 

Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericiliyə və əmək müqavilələrinin şərtlərinə uyğun olaraq növbəti ayın 10-dək həyata keçirilir:

“Hazırda yeni sistemə keçidlə bağlı zəruri sənədləşmə prosesi tamamlanıb və əmək haqqılarının ödənişi təmin olunub”.

 Nigar Abdullayeva 
“Cebheinfo.az