Kolleclərdə müəllim hazırlığı dayandırıldı

Kolleclərdə müəllim hazırlığı dayandırıldı

Sertifikasiya imtahanlarında kollec məzunu olan müəllimlərinin nəticələri aşağıdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə müəllim hazırlığını dayandırılıb:

“Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”.

"Cebheinfo.az"