Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndidə - FOTOLAR

Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndidə - FOTOLAR

Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə gəliblər.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, nümayəndə heyəti Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olur. Xankəndi şəhəri ilə tanışlıqdan sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçiriləcək.

​​​​​​"Cebheinfo.az"