Bakıda sığınacağa aparılan 5 yaşlı qızın arzusu: Ət yemək...

5 yaşlı Afaq (ad şərtidir-red.) Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağına yerləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə birliyin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, 8 ay əvvəl balaca Afaqla anasının yaşadığı ünvanda olublar. Ancaq ana onlarla ünsiyyət qurmağı, gizlənib.
İndi isə polis əməkdaşları qızı sığınacağa yerləşdiriblər. Ana isə müayinə üçün narkoloji dispanserə aparılıb:
"Qızın sığınacaqda verdiyi sual "Burada ət verirlər?" olub".
Bundan başqa, azyaşlı sığınacaqda qalanların döyülüb-döyülməsi ilə maraqlanıb.
Məlumat olub ki, anasının dostları birgə yaşadıqları evdə qızı və anasını mütəmadi döyüblər.
Xəzər
"Cebheinfo.az"