Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

"Cebheinfo.az" xəbər verir ki, şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini su ilə təmin edən magistral xətdə qəza baş verib.

Qəzanın aradan qaldırılması üçün görülən işlərlə əlaqədar iyulun 10-da saat 10:00-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

"Cebheinfo.az"